Вернуться назад Распечатать

Qənirə Ataşovanın oğlu ABŞ-də qəzaya düşüb - FOTO

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın oğlu qəzaya düşüb.

1xeber.media xəbər verir ki, bu barədə tanınmış jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, oğlunun məzuniyyət mərasiminə qatılmaq üçün qayıdanda bu barədə öyrənib.

Q.Ataşova bildirib ki, oğlu Ceyhun dostu ilə birlikdə ağır avtomobil qəzası keçirib.

Avtomobili idarə edən oğlu yola çıxan maralı vurmamaq üçün sükanı kənara çevirərkən maşın idarəetmədən çıxıb və bir neçə dəfə aşıb.

Hadisə nəticəsində hər iki gənc yüngül xəsarətlə xilas olub. Avtomobil isə yararsız hala düşüb.