İsrailin bölgədəki təcavüzkar hərəkətləri bütün dünya üçün problemə çevrilib.
1xeber.media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə bildirib.
"Bu, təkcə Türkiyənin problemi deyil. İsrail bölgədə dağıntılar istəyir. O, bəzi ölkələri işğal etmək və terror aktları törətmək istəyir ki, bu da qlobal təhlükəsizlik, eləcə də iqtisadi sahədə nəticələrə səbəb olur. Görürük ki, İsrail getdikcə beynəlxalq ictimaiyyətin reaksiyası ilə üzləşir. Ümid edirik ki, bu, öz bəhrəsini verəcək və bölgəmizdəki bütün ölkələr sülh, sabitlik və rifah içində yaşayacaqlar", - deyə Fidan qeyd edib.