Cari ilin yanvar-may ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 167,1 milyon manat və ya 6,3 faiz artım qeydə alınıb.
Bu barədə 1xeber.media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 75,8 milyon manat və ya 8,8 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 159,3 milyon manat və ya 9,3 faiz artımla olub.