Hörmətli Gideon, bildiyiniz kimi, AB və İsraili birləşdirən çox şey var. Dialoqumuza və qarşılıqlı fəaliyyətimizə dəyər verirəm və bu ruhda, hörmətlə və konstruktiv şəkildə davam etməyə hazıram.
1xeber.media xəbər verir ki, bunu Avropa Birliyinin (AB) diplomatiya rəhbəri Kaya Kallas özünün X sosial şəbəkəsində yazıb.
“Dialoq, xüsusən də fikir ayrılıqları yarandıqda, diplomatiyanın təməlidir. AB həmişə İsraillə konstruktiv münasibətlərə sadiqdir. Yaxın Şərqə sülh gətirmək üçün iki dövlətli həll yolu yeganə mümkün yol olaraq qalır.
AB, bu məqsədə çatmağı getdikcə çətinləşdirən İordan çayının Qərb sahilində qanunsuz İsrail məskunlaşmalarını pisləyib. Bu, AB-nin rəsmi mövqeyidir”, - o vurğulayıb.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Gideon Saar Kallas ilə bütün təmasları dayandırdığını elan etmişdi.