Вернуться назад Распечатать

Ukraynada daha bir şəhər rusdilli mahnı və filmləri qadağan edib

1xeber.media xəbər verir ki, Ukraynanın Kropyvnitski şəhər şurasının üzvləri ictimai yerlərdə rus dilində mahnıların, musiqi videolarının və filmlərin səsləndirilməsinə moratorium qoyulmasına səs veriblər.

Bildirilib ki, iclasda iştirak edən 27 üzvdən 24-ü qərarın lehinə səs verib. Daha üçü bitərəf qalıb.

Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski rus dilini Regional və ya Azlıq Dilləri üzrə Avropa Xartiyası çərçivəsində ölkədə qorunan dillər siyahısından çıxaran qanun imzalayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna lideri rus dilini boğmaq siyasəti ilə həm seçicilərinə, həm də əcdadlarına xəyanət edib.