1xeber.media xəbər verir ki, Britaniya hakimiyyəti, Londonun Rusiyanın "kölgə donanması" ilə əlaqələndirdiyi "Smyrtos" neft tankerinin saxlanılmasından sonra Moskvanın qisas alacağından narahatdır.
Qeyd olunur ki, London gəminin saxlanılmasının potensial nəticələrini əvvəlcədən qiymətləndirib və Rusiyanın qisas almağa cəhd edəcəyini gözləyir. Böyük Britaniya Gəmiçilik Ticarət Palatası gəmi sahiblərinin və kapitanlarının Moskvadan mümkün qisas tədbirlərinə hazır olduqlarını bildirib.
14 iyunda Britaniya qüvvələri Rusiyanın "kölgə donanmasına" məxsus olan "Smyrtos" tankerini La-Manşdan keçməyə cəhd edərkən saxlayıblar. Əməliyyatda Kral Dəniz Piyadaları və Milli Cinayətkarlıq Agentliyinin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.