Вернуться назад Распечатать

Deputat taksilərin problemlərindən danışdı

"Avropada və Türkiyədə taksidən istifadə zamanı "düş-min" xidməti mövcuddur. Yəni, sərnişinə imkan verilir ki, 3 dəqiqə ərzində istədiyi dayanacaqda düşə bilsin. Bizdə isə belə imkan yoxdur"

1xeber.media xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Məlahət İbrahimqızı deyib.

"Taksi sürücüləri bu gün tətbiq olunan cərimələrdən narazı deyillər. Onlar xahiş edirlər ki, bu cərimələrin olmaması üçün şərait yaradılsın. Ən azı taksi sürücülərinə imkan yaradılsın ki, 2-3 dəqiqə ərzində sərnişinləri çatdıqları yerlərdə düşürə bilsinlər", - deyə deputat bildirib.