Вернуться назад Распечатать

ABŞ və Ukrayna mərhələli atəşkəsi müzakirə edir

ABŞ və Ukrayna münaqişənin cəbhə xətti boyunca dondurulmasını müzakirə edir, eyni zamanda Rusiya ilə qeyri-rəsmi danışıqlar da intensivləşib.

1xeber.media xəbər verir bu barədə “Ekonomist” nəşri yazıb.

Nəşrin yazdığına görə, müzakirə olunan variantlardan biri ikimərhələli atəşkəs planıdır:

“İdeyalardan biri atəşkəsin iki mərhələdə tətbiq edilməsidir. Əvvəlcə döyüş əməliyyatlarının cəbhə xəttinin hər iki tərəfində 50-70 kilometrlik zona ilə məhdudlaşdırılması, daha sonra isə daha geniş razılaşmanın əldə olunması”.