Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov əmindir ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropa ölkələrinə tədarükü ilə bağlı vəziyyət mürəkkəbdir və daha çox diqqət tələb edir.
1xeber.media xəbər verir ki, Kremlin sözçüsü jurnalistlərə deyib ki, “İndi burada çox çətin vəziyyət var və ona daha çox diqqət yetirilməlidir”.Ukrayna ərazisindən tranzit başa çatdıqdan sonra Rusiya Federasiyasının Slovakiyaya qaz tədarük etmək imkanının olub-olmaması ilə bağlı suala Peskov qeyd edib ki, “söhbət bundan gedir”. “Siz Ukrayna tərəfinin bəyanatını eşitdiniz və Rusiya qazını almağa davam edən və bunu öz iqtisadiyyatlarının normal işləməsi üçün zəruri hesab edən Avropa ölkələrinin mövqeyindən xəbəriniz var”, o, mediaya müraciət edib.