Bu gecə Bakının Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
1xeber.media xəbər verir ki, saat 00:30-dan 02:30-dək paytaxtın Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski. Süleyman Rüstəm küçələri, Vaqif prospekti, Nərimanov rayonu Ceyhun Hacıbəyli, Həsən bəy Əliyev küçələri, Heydər Əliyev prospektinin bir hissəsində işıq olmayacaq.