Вернуться назад Распечатать

Günel Hüseynova yeni vəzifəyə təyin edildi

"Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

1xeber.media  
İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Belə ki, Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O, bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.

Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib. O, bundan əvvəl "BakuBus" çalışıb

Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəsi müavini təyin edilib. O, bu təyinatadək həmin departamentdə Layihə İdarəedilməsi şöbəsinin rəisi müavini işləyib.