Вернуться назад Распечатать

3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün başlayır

3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün start götürəcək.

1xeber.media-nın məlumatına görə, "Neftçi SOCAR" və Azərbaycan millisi turnirə qatılacaq.

Yığma mübarizəyə seçmə mərhələdən başlayacaq. Komanda raundun A qrupunda, saat 10:00-da Tailand, saat 10:50-də Litva ilə üz-üzə gələcək.

"Neftçi SOCAR" əsas mərhələnin A qrupunda "Yanjing" (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.

Xatırladaq ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.