Вернуться назад Распечатать

Azərbaycanda 5 ayda 200 min tondan çox karbamid istehsal olunub

Bu ilin yanvar-may aylarında Azərbaycanda 200,1 min ton həcmində karbamid istehsal olunub.

1xeber.media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 21,8 % azdır.

Bu ilin iyunun 1-nə 82,1 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.