Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına yeni direktor təyin edilib.
1xeber.media-nın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, plastik cərrah Dilqəm Məhərrəmov sözügedın klinikaya direktor təyin edilib.
Qeyd edək ki, D.Məhərrəmov bu təyinata qədər "Baku Medical Plaza" klinikasının "Medilux" filialında fəaliyyət göstərib.