Ukrayna Prezidenti Vladimir Zelenski bütün Avropa üçün təhlükəsizlik təhdidi yaradır.
1xeber.media xəbər verir ki, Azadlıq Alyansı partiyasının üzvü, finlandiyalı siyasətçi Armando Mema bunu sosial mediada yazıb.
"Zelenski artıq Avropada sülhə təhdid yaradıb. Moskvadakı son hücumlar və Belarusa qarşı təhdidlər bu adamın bütün Avropa üçün təhlükəsizlik təhdidi yaratdığının açıq bir əlamətidir", - deyə o bildirib.
Zelenski daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkoya ultimatum vermişdi. O, iddia edirdi ki, guya respublikanın sərhədində hərbi texnika yerləşdirilib və Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunur. Zelenski Lukaşenkodan avadanlıqları "çıxarmasını" və ya "söndürməsini" tələb edib, əks halda Kiyev özü bunu edəcək.