Вернуться назад Распечатать

Şərur İH şəhid atasının iddialarına cavab verdi

1xeber.media -nın efirində naxçıvanda şəhid ailələrinə qarşı ayri-seçkilik edildiyi barədə məlumat yayımlandıqdan sonra,Şərur rayon icra hakimiyyəti öz mpvqeyini bildirib. 

Açıqlamada qeyd olunur ki,Şəhid atası Yusifov Süləddin Əli oğlu 13 iyun 2026-cı il tarixdə şəhid İbrahimov Sahib İsmayıl oğlunun anım mərasimində çıxış edərək şəhid ailələrinə ayrı-seçkilik edilərək bəzi dövlət qurumlarının tədbirdə iştirak etmədiyini qeyd etmişdir.
Məlumat üçün bildiririk ki, şəhid İbrahimov Sahib İsmayıl oğlunun anım mərasimi Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmişdir. Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ceyhun Davıdov, İcra Hakimiyyətinin digər əməkdaşları Baadin Qasımov və Sərxan Cəfərov iştirak etmişdirlər. Əlavə olaraq tədbirdə 2 saylı Vergi İdarəsinin müdiri,  Şərur Dini İcmasının sədri, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri, Sosial Xidmətlər Agentliyinin Şərur Rayon Sektorunun müdiri, Dövlət Məşğulluq Agentliyinin Şərur Rayon Sektorunun müdiri Şərur Rayon Rabitə İdarəsinin müdiri, Şərur Rayon Polis İdarəsinin əməkdaşları, Şərur Regional Tibb Mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak etmişdirlər. Qeyd olunduğu kimi, anım mərasimində rayonda fəaliyyət göstərən dövlət qurumlarının və təşkilatlarının nümayəndələri iştirak etmiş, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
13 iyun 2026-cı il tarixdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri də təşkil olunmuşdur. Proqrama uyğun olaraq tədbir saat 10:30-da başlamış və rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti tədbirdə iştirak etmişdir. Sözügedən tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra Şərur rayonunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və əməkdaşları şəhidimizin anım günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına yollanmışdır.
13 iyun 2026-cı il tarixdə saat 08:30-da Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Oqtay Əsgər oğlunun anım günü ilə əlaqədar Şərur rayonunun Aralıq kənd qəbiristanlığında yerləşən məzarı ziyarət olunmuş, şəhidin əziz xatirəsi ehtiramla yad edilmişdir. Qeyd edək ki, şəhid Məmmədov Oqtay Əsgər oğlu 1993-cü ildə şəhid olmuş və həmin tarix şəhid İbrahimov Sahib İsmayıl oğlunun anım günü ilə eyni günə təsadüf etmişdir. Şəhid İbrahimov Sahib İsmayıl oğlunun anım mərasimi saat 10:30-da keçirilməsi nəzərdə tutulmuşdur. Sözügedən tədbirdə çıxış edən şəhid atası Sülhəddin Yusifov bəzi dövlət məmurlarının tədbirdə iştirak etməməsi ilə bağlı narazılığını bildirmişdir. 
S.Yusifovla söhbət aparılmış və söhbət zamanı şəhid tədbirində hərbiçilərin iştirak etmədiyini bildirmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və hərbiçilər tərəfindən Ə.Yusifovun şəhid olduğu tarixlə, dəfn olunduğu tarixi səhv saldıqlarını bildirmiş və bu səbəbdən şəhid ailəsi sonradan evində ziyarət olunmuşdur. 
              Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin anım və doğum günü tədbirləri mütəmadi olaraq təşkil edilir, bu tədbirlərin keçirilməsinə lazımi dəstək göstərilir və rayon İcra Hakimiyyətinin əməkdaşları həmin tədbirlərdə müntəzəm iştirak edirlər.
Şəhid ailələri arasında ayrı-seçkiliyə yol verilməsi və ya hər hansı şəhid ailəsinə fərqli münasibət göstərilməsi ilə bağlı iddialar isə tamamilə əsassızdır. Şərur Rayon İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələrinə eyni həssaslıqla yanaşılır, onların müraciətlərinə baxılır və keçirilən tədbirlərdə iştirak təmin olunur.