Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına yeni direktor təyin edilib.
1xeber.media xəbər verir ki,"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, plastik cərrah Dilqəm Məmmədov sözügedın klinikaya direktor təyin edilib.
Qeyd edək ki, D.Məmmədov bu təyinatadək Bona Dea International Hospitalda Plastik, Rekonstruktiv və Estetik Cərrah vəzifəsində çalışıb.