T-Rex dərisindən hazırlanan çanta alıcı tapmadı
1xeber.media xəbər verir ki, Fransada alimlər tərəfindən laboratoriya şəraitində yetişdirilən Tyrannosaurus Rex hüceyrələrindən hazırlanmış xüsusi dəri çanta hərraca çıxarılıb.
Məlumata görə, unikal aksessuarın qiymətinin 500 min dollardan çox olacağı gözlənilsə də, hərrac zamanı təkliflər cəmi 150 min dollar civarında qalıb və çanta satılmayıb.
Mütəxəssislər bildirirlər ki, bu məhsul dünyanın ilk “dinozavr dərisi” əsasında hazırlanmış lüks aksessuarlarından biri hesab olunur. Layihə həm moda, həm də biotexnologiya sahəsində böyük maraq doğursa da, yüksək qiymət və etik müzakirələr səbəbindən alıcı tapmayıb.