Вернуться назад Распечатать

Dənizin dibində “papaq taxan” xərçəng tapıldı!

Dənizin dibində “papaq taxan xərçəng” tapıldı

1xeber.media xəbər verir ki, alimlər Hind okeanının dərinliklərində indiyədək məlum olmayan təxminən 150 yeni canlı növü aşkar ediblər. Onların arasında ən çox diqqət çəkən isə başında süngər daşıyaraq özünə “papaq” düzəldən qəribə xərçəng olub.  

Tədqiqatçılar bildirirlər ki, bu xərçəng özünü yırtıcılardan qorumaq üçün müxtəlif dəniz canlılarını başında daşıyır. Kəşf edilən yeni növlər okeanların dərinliklərində həyatın hələ də tam öyrənilmədiyini göstərir.