Вернуться назад Распечатать

Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL

Yazıçı, millət vəkili Aqil Abbasın bir zaman elədiyi çıxış sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aqil müəllim deyir ki, tələbə-inşaat dəstələri yaradılsın və tələbələr yay aylarında Qarabağda gedən tikinti işlərində könüllü işləsin. Başa düşmürəm, burada pis nə var ki, adamlar buna görə millət vəkilinin üstünə sərt və ədəbsiz şəkildə hücuma keçirlər.

Bizim tələbə olduğumuz dövrlərdə (ötən əsrin 80- ci illərinin əvvəli)tələbə-inşaat dəstəsi geniş vüsət almışdı. Şəxsən bizim nəsildən olan tələbələr Arxangelskdə və Tümendə (Surqutda) tələbə -inşaat dəstəsində iştirak edib. Bu hərakat əslində tələbələri əməyə alışdırmağa və sosiallşamağa yönəli tədbirlər kimi nəzərdə tutulurdu. 40 ildən çox vaxt ötməsinə baxmayaraq hələ də görüşəndə həmin illəri xatırlayırıq. Bundan başqa, Universitetin sonuncu kursunda bizi 40 günlük hərbi toplanışa aparırdılar. Fizika və mexanika - riyaziyyat fakültəsinin tələbələri Gümrüdə (Leninakan) xidmət edirdi. Tələbə dostlarımız indi də həmin maraqlı günləri parlaq nostalji hissləri ilə xatırlayırlar. Daha mühüm bir məqam. Tələbəlik illərndə yataqxana həyatından xeyli xatirələrimiz var.

Yataqxanların kitabxanalarının işıqları səhərə qədər yanardı. Hər mərtəbənin yemək bişirmək üçün güşəsi var idi. Kimin nə bişirdiyini hamı bilirdi. Dönərxanalar yox idi və dürmək yemirdik…Tələbələr üçün “Kvant” kafesi 1000-lərlə tələbəni yeməklə təmin edirdi. Bu da başqa bir xatirədir.
Mən Aqil müəllimin tələbə - inşaat dəstəsi yaradılması ideyasını dəstəkləyirəm. Tələbələr iki ay yay tətilini harada və necə keçirirlər? Onların yay tətili xatirələri necə formalaşır? Tələbəlik gəncliyin elə mərhələsidir ki, hər gün maraqlı və yaddaqalan olmalıdır. Kollektiv əmək çox faydalı yaşantıdır. Tələbələr doğma Qarabağımızda tələbə-inşaat dəstələrinə cəlb olunsalar, onlar da tikinti və abadlıq işlərinə töhfələr vermiş olarlar. Şübhəsiz ki, bunun gənclərin yaddaşında (və təhtəlşüurunda) ayrıca bir yer tutması fərqli günlər keçirdikləri kimi silinməz izlər buraxacaq.


Müəllif: Etibar Əliyev