Вернуться назад Распечатать

Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR?

""Oğlan"lar da var, şərait yaradan da. ...Şiddətli töhmətdən yüksəlişə-mədəniyyətimizi aşağılanaynlar kimlərdir?" 

1xeber.media  xəbər verir ki, bu ritorik sualla çıxış edən ictimai fəal Elçin Əliyev olduqca ilginc məqamlara toxunub.
O, özünün sosial şəbəkə hesabında bildirir: "...Ucar rayon Təhsil sektorunun ŞİDDƏTLİ TÖHMƏT alan sabiq müdiri Rahib Burcəliyevi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinə rəis müavini təyin etmək növbəti dəfə ölkə mədəniyyətini təhqir etmək deməkdir.
Fizika-riyaziyyat müəllimi olan bu "növcavan" mədəniyyətə hansı töhfəni verə bilər? Xalqı bu qədər dolamaqla nəyə nail olmaq istəyirsiniz, cənab nazir? Belə əndirabədi addımlarla xalqa, dövlətə xidmət etdiyinizi zənn edirsiniz, yoxsa?.."