Вернуться назад Распечатать

DTA Lahıcda iki evin təmirini köhnə dostuna verib

 

Dövlət Turizm Agentliyi (DTA) “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərini həyata keçirəcək. 

1xeber.media Tribuna.az-a istinadla  xəbər verir ki, bununla bağlı keçirilmiş tenderin nəticəsi açıqlanıb.

Məlum olub ki, qalib “AZSUR GROUP” MMC olub. DTA-ya yad olmayan bu şirkət bu dəfə təmir işlərinə görə, dövlət qurumundan 295 min manat alacaq.

Xatırladaq ki, “AZSUR GROUP” MMC ötən il də DTA-nın bir neçə tenderinin qalibi olub. Əsasən də Lahıcda təmir və bərpa işlərini həyata keçirib.