15-21 iyun tarixləri arasında Kamçatkada 46 seysmik hadisə qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə 22 iyunda Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
"15-21 iyun tarixləri arasında yeddi gün ərzində 46 seysmik hadisə qeydə alınıb ki, bunlardan dördü Petropavlovsk-Kamçatskinin müəyyən ərazilərində hiss olunub və maqnitudası 4,0-a qədər çatıb", - deyə "Max" messencerindəki məlumatda bildirilir.
Yeraltı təkanlardan birindən sonra sunami xəbərdarlığının verildiyi bildirilib. Zəif dalğaların Petropavlovsk-Kamçatsk (0,06 m), Ust-Kamçatsk (0,25 m) və Nikolskoye kəndinə (0,38 m) yaxınlaşacağı proqnozlaşdırılıb, lakin bu təsdiqlənməyib - Kamçatka sahillərində sunami müşahidə edilməyib.