Вернуться назад Распечатать

Binanın zirzəmisindən çürümüş meyit tapıldı

Bakıda binanın zirzəmisindən meyit tapılıb.

1xeber.media xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsi 29 ünvanındakı binada baş verib.

Belə ki, 55-60 yaşlı kişinin çürüməyə məruz qalmış meyiti iyunun 20-si saat 07 radələrində binanın zirzəmisində aşkarlanıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.