Вернуться назад Распечатать

Şükürbəyliyə qayıdan daha 20 ailəyə açarlar təqdim edilib – YENİLƏNİB-2

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə qayıdan sakinlərə evlərin açarları təqdim olunub.

1xeber.media xəbər verir ki, bu mərhələdə Şükürbəyliyə 89 nəfərdən ibarət 20 ailə köçürülüb.

Qeyd edək ki, Şükürbəyli işğal zamanı tamamilə dağıdılan kəndlərdən biridir. Ölkə başçısının göstərişlərinə uyğun olaraq, Şükürbəyli kəndi yenidən qurularaq sakinlərin ixtiyarına verilib.

13:11

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.

1xeber.media-nın Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə 89 nəfərdən ibarət daha 20 ailənin Şükürbəyliyə daimi qayıdışı təmin edilib.

12:47

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

1xeber.media-nın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Şükürbəyliyə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.