Вернуться назад Распечатать

Həbsdən ixrac liderliyinə: Vüqar Qonaqovun diqqət çəkən dönüşü

Quba hadisələrində adı hallanan keçmiş telekanal rəhbəri yeni biznesdə uğur qazanır.

1xeber.media xəbər verir ki, Quba hadisələri ilə bağlı vaxtilə həbs edilən keçmiş televiziya rəhbəri Vüqar Qonaqovun rəhbərlik etdiyi şirkət Rusiyaya ixrac sahəsində diqqət çəkməyə başlayıb.

Məlumata görə, bu ilin fevral ayında fəaliyyətə başlayan “Spartak Quba” MMC son bir ay ərzində Rusiyaya ən çox məhsul ixrac edən Azərbaycan şirkətləri arasında ikinci pilləyə yüksəlib. Şirkət əsasən kartof ixracı ilə məşğul olur, eyni zamanda çiyələk və albalı məhsulları da xarici bazara göndərilir.

Qeyd edək ki, “Spartak Quba” MMC-nin qanuni təmsilçisi Vüqar Qonaqovdur. O, 2012-ci ildə Quba hadisələri zamanı irəli sürülən ittihamlarla əlaqədar həbs edilmiş, sonradan şərti cəza ilə azadlığa buraxılmışdı. V.Qonaqov ittihamları qəbul etmədiyini bildirmişdi.