Вернуться назад Распечатать

Kürdəmir ASAN Xidmət Mərkəzində 23 iyun - Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunub

Kürdəmir Regional ASAN Xidmət Mərkəzində Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib.

1xeber.media xəbər verir ki,tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, YAP Kürdəmir Rayon Təşkilatının sədri Ayaz Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın əməkdaşları və icra nümayəndələri iştirak edib. İştirakçılar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

İcra başçısı Prezident İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıdan bəhs edib, dövlət qulluqçularına ən xoş arzularını çatdırıb.
Çıxış edənlər dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətində uğurlar arzulayıblar. Sonda fəaliyyəti ilə seçilən dövlət qulluqçuları Kürdəmir Rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.