Вернуться назад Распечатать

Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ...

"Elm və Təhsil Naziri Emin Əmrullayev deyir ki, xarici ölkələrdə yay tətili çox az çəkir, biz onları örnək götürməliyik..." 

1xeber.media  xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti Sakit Muradov qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Burdan bildirmək istəyirəm ki, cənab Nazir ümumilikdə yay tətilinə 2 cür yanaşma var.
1. Uzun yay tətili şagirdlərin tam dincəlməsi üçün
2. Yay geriləmələri olmasın deyə eyni tətil vaxtını bütün il boyuna bölmək.
Yəni 1 ildə hər yanaşmada eyni tətil vaxtı olur. Sadəcə birinci yanaşmada yay tətili hava, iqlim, yaşayış tərzi nəzərə alınaraq yay ayına, bəzi ölkələr isə bütün il boyuna yayırlar
Niyə... bilirsiniz?
Çünki əgər yaşayış səviyyəsi ölkədə yüksəkdirsə, onlar dincəlmək üçün xaricə səyahət edə bilər, istədikləri kimi dincələ bilər, həmçinin hava və iqlim problemləri olmur. İşçilər də eyni şəkildə məzuniyyətə çıxır.
Elə ölkələr də var ki, bunu təmin edə bilmir. Valideynlərin məzuniyyətə çıxması, tətil keçirməsi, dincəlib stressdən uzaqlaşması, övladlarına vaxt ayırması alınmır...
Ən azı sizin bu təcrübədən istifadə etməyiniz üçün nəqliyyat təmin edilməlidir, amma indiki kimi basabasla yaman gündə avtobuslarla yox. Kondinsonerli hamının rahat əyləşə əti avtobuslar. Üstəlik məktəblərdə soyutma sistemi, su, qida tam təmin edilməlidir. Bunun üçün isə əlavə gəlir və dərs arası əyləncə tətbiq edilməlidir üstəlik ölkədə yaşayış səviyyəsi artmakı. Həmin tətillərdə valideynlərin məzuniyyətə çıxması, övladları ilə vaxt keçirməsi, həmçinin də ailə dəyərləri formalaşması təmin edilməlidir
Xarici təcrübə deyə danışarkən niyəsini də araşdırmaq lazımdır. Necəliyini də...
Qaldı ki, bütün xarici ölkələr deyirsiz...
Buyurun həmin xarici ölkələrin tək yay tətili.
Amma diqqətli oxuyun, tək yay tətili deyirəm. Qalan tətil vaxtları çünki eyni bölgüdədir.
ABŞ: Ştatdan və məktəb dairəsindən asılı olaraq dəyişir, lakin adətən 10–11 həftə (təxminən 2.5 ay) çəkir.
​İtaliya, Yunanıstan və Portuqaliya: Cənubi Avropa ölkələrində yay ayları çox isti keçdiyindən tətillər olduqca uzundur — təxminən 12–13 həftə (3 tam ay).
​Türkiyə: Adətən iyunun ortalarından sentyabrın ortalarına qədər, yəni təxminən 11–12 həftə davam edir.
​Rusiya: Bizdə olduğu kimi, 1 iyundan 31 avqusta qədər — 13 həftə (3 ay).
Fransa və İspaniya: Təxminən 8–9 həftə çəkir.
​Böyük Britaniya: Regionlara görə dəyişir. İngiltərədə yay tətili adətən iyulun sonundan sentyabrın əvvəlinə qədər, yəni cəmi 6 həftə olur. Şotlandiyada isə bir qədər tez başlayıb təxminən 7 həftə davam edir.
​Almaniya: Cəmi 6 həftə (42 gün) olur. Federal ştatlar arasında sıxlıq yaranmasın deyə tətillərin başlama tarixləri regionlar üzrə növbəli şəkildə tənzimlənir (məsələn, bir region iyunda, digəri iyulda tətilə çıxır)..."