1xeber.media xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında 54 yaşlı Fuad Hüseynov polis əməkdaşları tərəfindən tutulub. Onun müxtəlif internet resursları və saxta sosial media hesabları vasitəsilə hədə-qorxu yolu ilə pul tələb etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.