Moskva Ukraynadakı münaqişənin həlli ilə bağlı Avropanın mövqeyini qeyri-kafi və şizofrenik hesab edir.
1xeber.media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu Primakov Oxuları forumundakı çıxışı zamanı bildirib.
"Onlar deyirlər: budur ultimatum və biz bütün bunları istəyirik. Biz vasitəçi deyilik, çünki Ukrayna iləyik, amma onlarla danışıqlar masasında oturacağıq və bu danışıqları istəməyən tək sizsiniz. Mənim fikrimcə, bu, yersizdir; bu, şizofrenik mövqe və məntiqdir", - deyə o bildirib.
Oxşar açıqlamalar verən avropalı siyasətçilər arasında nazir Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Antonio Kostanı qeyd edib.
Lavrov daha əvvəl Fransa və Böyük Britaniyanın Rusiya ilə danışıqlara nümayəndələrini göndərdiyini bildirmişdi. O qeyd edib ki, Moskva heç vaxt gəlib danışmaq təkliflərindən imtina etmir.