Вернуться назад Распечатать

Əbu-Dabi 2027-ci ildə Dünya Sülh Uğrunda Dinlər Assambleyasına ev sahibliyi edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi 2027-ci ildə 11-ci Dünya Sülh Uğrunda Dinlər Assambleyasına ev sahibliyi edəcək.

1xeber.media WAM informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Mavrikidə keçirilən Sülh Naminə Dinlər Beynəlxalq Şurasının iclasında qəbul olunub. Bildirilib ki, Əbu-Dabinin seçilməsi BƏƏ-nin tolerantlıq, insan qardaşlığı, dinlərarası dialoq və qlobal sülhün təşviqi istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq etimadın göstəricisidir.

2027-ci ildə keçiriləcək assambleyada 120-dən çox ölkədən dini liderlərin, siyasətçilərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspert və alimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, Dünya Sülh Uğrunda Dinlər Assambleyası hər beş-yeddi ildən bir keçirilən və dünyanın ən nüfuzlu çoxtərəfli dinlərarası platformalarından biri hesab olunur.