Вернуться назад Распечатать

Azərbaycan Milli Ordusunun yaradılmasından 108 il ötür

 

Azərbaycan Milli Ordusunun yaradılmasından 108 il ötür. Məhz 1998-ci ildə Ümummilli
Lider Heydər Əliyevin fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
elan edilib. Bugünkü Azərbaycan ordusu Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varisidir.
1918-ci ildə yaranmış Azərbaycan ordusunun tarixi təcrübəsi bugünkü Silahlı Qüvvələrimiz
üçün əsil örnəkdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti
Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun
ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Milli ordumuzun inkişaf tarixi
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə
ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə
gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması
prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində
aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə
daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Lakin hələ yaxın keçmişdə Azərbaycan
ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən,
həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla
Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet
hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti
dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi
xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən
tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb
elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə
imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda
hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış
hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş
Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi
məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına
Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş
şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən
Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu
nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçişdir.
Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çəkişmələr, ordunun iflic
vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi
əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri
yaratmışdı. Məhz belə bir ağır böhranlı şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv
edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu
hakimiyyətə gətirdi.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və
Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi,
respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü
təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. 1990-cı illərin
ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu
prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir
standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində
1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu
əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-
ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox
Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında
iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin
tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını
NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

2001-ci ildə Silahlı Qüvvələri gününə həsr olunmuş təntənəli mərasimdə Ümumilli Lider
müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və
möhkəmləndirməyə qadir olan güclü ordusu olmasından iftixar hissi keçirdiyini söyləmişdir:
“Təbiidir, peşəkar ordunun yaranması bir ayda, yaxud bir ildə başa çata bilməz. Ancaq
zamanın tələbləri elə vəziyyət yaradır ki, bir ildə görülən işi bir ayda görmək lazımdır. Bu,
mümkündür. Çünki Azərbaycan xalqının tarixi keçmişi, keçən əsrlərdə müxtəlif döyüşlərdə
göstərdiyi qəhrəmanlıq və rəşadət nümunələri onun qəlbində daim yaşamışdır. Ona görə də
bu hissiyatı oyatmaq lazım idi. Ancaq bu, edilməyibdir. Bunlara baxmayaraq son illərdə ordu
quruculuğunda aparılan işlər Azərbaycanda mütəşəkkil, güclü, qüdrətli ordu, silahlı qövvələr
yaratmağa imkan veribdir”.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti
dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini
uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı
sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-
psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə
təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı
sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna
çevrildi. Müasir Azərbaycan Ordusu öz gücünü cəbhəd bir daha göstərdi. 44 günlük Vətən
müharibəsində Azərbaycan əsgərləri hər gün irəliləyərək düşəməndən torpaqlarımızı azad
etdi. Bu gün xalqımız öz Ali Baş Komandanı, Milli Ordusu ilə fəxr edir.
Natiq Xanməmmədli,
Sabirabad RİH başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən
Müharibəsi iştirakçısı