Вернуться назад Распечатать

Venesuela zəlzələlərdən sonra dəstəyə görə Azərbaycana təşəkkür edib

Venesuela çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən iki güclü zəlzələ ilə əlaqədar göstərdiyi həmrəyliyə və başsağlığına görə Azərbaycana minnətdarlığını bildirib.

1xeber.media xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.