İsrailin “El Al” aviaşirkəti yaxın günlərdə Təl-Əviv-Moskva marşrutu üzrə uçuşları müvəqqəti olaraq dayandıracaq.
1xeber.media xəbər verir ki, bu barədə “Kan” məlumat yayıb.
Aviaşirkət nümayəndələri bu qərarın Rusiya ilə Ukrayna arasında baş verən hadisələrlə əlaqədar verildiyini bildiriblər. Hələlik, dayandırma bir neçə gün davam edəcək, şirkət uçuşların bərpa edilib-edilməyəcəyini müəyyən etmək üçün gələn həftə vəziyyəti yenidən qiymətləndirəcək.