Вернуться назад Распечатать

Prezidentdən Azərbaycan Ordusunun ən gənc generalı ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

1xeber.media-nın  məlumatına görə, Sərəncama əsasən, Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Fərid Əliyevə “Hərbi xidmətlərə görə” medalı verilib.

Qeyd edək ki, F.Əliyev Azərbaycan Ordusunun ən gənc generalıdır.

Məlumat üçün qeyd edək ki, 1987-ci il təvəllüdlü Fərid Əliyevə ali hərbi rütbə daha əvvəl verilib və o, hazırda Azərbaycan Ordusunun ən gənc generalı statusunu daşıyır . Gənc general eyni zamanda dövlət idarəçiliyində tanınmış məmur, Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda isə Prezident Administrasiyasının sektor müdiri vəzifəsində çalışan Əlibaba Əliyevin oğludur