Вернуться назад Распечатать

23 yaşlı oğlan su kanalında batdı

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

11xeber.media  xəbər verir ki, rayonun Qubaxəlilli kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb.

Hazırda axtarışlar davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.

Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.