Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyi (AQTA) xüsusi təhlükəli xəstəliklər üzrə keçiriləcək beynəlxalq seminar və simulyasiya məşqlərinin təşkili üçün elan etdiyi satınalma tenderinə yekun vurub.
1xeber.media xəbər verir kiŞ Tenderin nəticələrinə əsasən, 35.478,8 AZN dəyərindəki müqavilənin icrası "VATA" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.
Layihə çərçivəsində xarici qonaqların aviabiletlərinin təmini, 4 ulduzlu oteldə yerləşdirilməsi, sinxron tərcümə avadanlıqlarının quraşdırılması və Bakı-Gəncə marşrutu üzrə logistika işləri qarşılanacaq. İyulun əvvəlində reallaşacaq 4 günlük genişproqramlı tədbirdə, həmçinin səyyar keyterinq xidmətləri, dron çəkilişləri və iştirakçılar üçün AQTA loqolu korporativ geyim və hədiyyə dəstləri də təmin olunacaq.
32gun.az-ın əldə etdiyi əsas məlumata görə, "VATA" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu mövcüddur. Şirkətin 19058.09 AZN borcu var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar İlahi oğlu Təhməzlidir.