1xeber.media xəbər verir ki, Anqolanın ucqar Lisima yaylasında aparılan beynəlxalq elmi ekspedisiya zamanı elm üçün indiyədək məlum olmayan bir neçə yeni canlı növü aşkarlanıb.
Tədqiqatçılar yeni növ hörümçəklər, zirehli cırcırama və kəpənəklər müəyyən ediblər.
Alimlərin sözlərinə görə, bölgənin uzun illər əlçatmaz qalması burada unikal ekosistemin qorunmasına şərait yaradıb. Xüsusilə ultrabənövşəyi işıq altında parlayan taclı krab hörümçəyi elmi ictimaiyyətin diqqətini cəlb edib.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf Afrikanın biomüxtəlifliyinin öyrənilməsi baxımından mühüm addımdır və gələcək ekspedisiyalar zamanı daha çox yeni canlı növünün aşkar ediləcəyi istisna olunmur.