1xeber.media xəbər verir ki, İsraildə aparılan arxeoloji qazıntılar zamanı təxminən 1700 il əvvəl Roma dövrünə aid iki mərmər büst demək olar ki, tam salamat vəziyyətdə aşkarlanıb.
Mütəxəssislər bu tapıntını son illərin ən mühüm arxeoloji kəşflərindən biri hesab edirlər.
Qazıntıya rəhbərlik edən arxeoloq bildirib ki, bu cür bütöv mərmər heykəllərin tapılması son dərəcə nadir hadisədir. Onun sözlərinə görə, əsərlər əsrlər boyu torpaq altında qaldığı üçün yaxşı qorunub və yalnız kiçik zədələrə məruz qalıb.
Araşdırmalar davam edir. Alimlər hesab edirlər ki, tapıntılar Roma imperiyası dövründə bölgənin tarixi və mədəni həyatı barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.