Вернуться назад Распечатать

Təcili yardım avtomobilinin pəncərəsini qırıb qaçdı - Video

Rusiyada təcili tibbi yardım avtomobilində olan qeyri-adekvat pasiyent maşınının pəncərəsini sındıraraq qaçıb.

1xeber.media Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Yekaterinburq şəhərində baş verib.

Ətrafdakı şəxslər tərəfindən çəkilmiş görüntülərdən də aydın olur ki, pasiyent təcili yardım avtomobilinin içərisində zorakı hərəkətlər edir, sonra pəncərəni sındırır və çölə çıxır.

Onun spirtli içki qəbul etdiyi ehtimal olunur.