Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 18:00 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın söndürülüb, xəsarət alan yoxdur. Briqada hadisə yerindədir.
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın olub.