Bu evlərin həyətlərində oturub musiqiyə qulaq asmaq üçün ödənişə ehtiyac yoxdur.
1xeber.media Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, axşam saat 7 olan kimi pulsuz konsert başlayır, özü də bu konsert düz 4-5 saat davam edir. Söhbət paytaxtın Nizami rayonu Məmmədəli Şərifli küçəsində yerləşən "Bizim bağ" restoranından gedir.
Burada restoran demək olar ki, evlərə bitişik tikilib. Elə problem də burdən qaynaqlanır, restoranın hər axşamkı musiqili proqramı sakinlərin ürəyincə deyil.
Məsələ ilə bağlı restoran rəhbərliyindən bildirildi ki, müəssisə tam qanuni şəkildə fəaliyyət göstərir, həmin evlər də restorandan çox sonralar bu ərazidə tikilib. Ümumiyyətlə musiqi səsi insanları narahat edəcək həddə olmur və saat 11:00-da bitir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları tərəfindən sözügedən ərazidə monitorinqin aparılacaq.