Вернуться назад Распечатать

Nərimanov rayonunda daha bir neçə binanın fasadı əsaslı təmir olundu

Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yaşıllıqların salınması işləri davam etdirilir.

1xeber.media xəbər verir ki,qeyd olunan işlər çərçivəsində Nərimanov rayonu, F.Xoyski küçəsində yerləşən 112 saylı, İ.Həsənoğlu küçəsində yerləşən 2 və 4 saylı, Təbriz küçəsində yerləşən 100 saylı, Ə.Rəcəbli küçəsi 5-7 saylı binaların fasadında yenilənmə və təmir işləri həyata keçirilib.