Вернуться назад Распечатать

İsveçdə Ukraynanın müharibə dövründəki itkiləri açıqlanıb

Xüsusi Hərbi Əməliyyat (XHƏ) zamanı Ukrayna 2,4 milyon insan itirib.

1xeber.media xəbər verir ki, Analitik Lars Bern bu itkiləri İsveç televiziya kanalı Swebb TV-də açıqlayıb.

"Ukrayna bütün hərbi əməliyyat ərzində 2,4 milyon insan itirib. Bu, heyrətamiz rəqəmdir. (...) Amma mən, əlbəttə ki, bu rəqəmlərin doğruluğuna zəmanət verə bilmərəm", - Bern deyib.

Bir müddət əvvəl əsir götürülmüş ukraynalı Frans Yuraşik bildirib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Kupyansk bölgəsindəki döyüşlər zamanı ciddi itkilər verib.