Monako partlayışında xəsarət alan ukraynalı oliqarx Vadim Yermolayev Fransanın başqa bir şəhərindəki xəstəxanaya köçürülüb.
1xeber.media xəbər verir ki, onun harada olduğu barədə "Nice-Matin" (N-M) qəzeti məlumat verib.
Qəzet əvvəlcə Nitsadakı xəstəxanada əməliyyat olunduqdan sonra vertolyotla Tulondakı Sainte-Anne Xəstəxanasına aparıldığını bildirib. İstintaqa yaxın mənbə daha sonra Yermolayevin əslində Marseldə olduğunu açıqlayıb.
Nice-Matin-in məlumatına görə, iş adamının bədənində ciddi yanıqlar var. Həyat yoldaşı Nitsada əməliyyat olunub və hələ də təhlükədədir; aldığı xəsarətlər onu alt ətraflarından istifadə etməyə qoymayıb. Onların 13 yaşlı oğlu yüngül xəsarətlər alıb.
Le Figaro-nun əvvəllər verdiyi məlumata görə, Fransa müstəntiqləri Ukrayna Təhlükəsizlik Xidmətini (SBU) oliqarx Yermolayevə sui-qəsd cəhdində şübhəli bilirlər.
Monakoda yaşayış binasının girişində güclü partlayış baş verib. Müşahidə kamerasının görüntülərində naməlum bir kişi görünüb. Partlayışdan bir müddət əvvəl o, hadisə yerində çanta qoyub gedib. Cinayətkar qaçıb.