“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində açılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
1xeber.media APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Məhkəmənin qərarına əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmova 3 il 6 ay, Natiq Əliyevə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq hər üç şəxsə 2 il sınaq müddəti müəyyən edilib və təyin olunmuş cəza şərti hesab olunub.
Bununla da Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev məhkəmə zalından azadlığa buraxılıblar.