Вернуться назад Распечатать

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının hakimləri açıqlandı

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi "Qarabağ"ın I təsnifat mərhələsində İslandiyanın “Vestri" komandasına qarşı keçirəcəyi oyunları idarə edəcək hakimlər açıqlanıb.

1xeber.media UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandaların Bakıdakı görüşün baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.

Səfər qarşılaşması isə çexiyalı Marek Radinaya tapşırılıb.

Qeyd edək ki, komandalar arasında ilk görüş iyulun 9-da Bakıda, cavab matçı bir həftə sonra səfərdə keçiriləcək.