Вернуться назад Распечатать

Saatlı Rayon İcra Hakimiyyəti fermerlərin şikayətinə reaksiya verdi: "Aqroservis"ə tapşırıq verilib — Rəsmi Münasibət

Saatlı Rayon İcra Hakimiyyəti 1xeber.media-nın efirində yayımlanan "Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? Fermerin bir illik zəhməti məhv olur" başlıqlı tənqidi xəbərə rəsmi münasibət bildirərək məsələnin nəzarətə götürüldüyünü açıqlayıb.

Qurumdan verilən rəsmi açıqlamada qeyd olunur ki, Saatlı rayonunun Qazanbatan kəndinin bir qrup sakininin taxıl bitkilərinin biçilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti dərhal araşdırılıb. Problemin həlli məqsədilə "Aqroservis" ASC Sabirabad regional nümayəndəliyi Saatlı rayon bölməsinə müvafiq tövsiyə və tapşırıqlar ünvanlanıb. İcra Hakimiyyəti fermerlərin zəhmətinin yerdə qalmaması və biçin prosesinin operativ şəkildə təşkil olunması üçün aidiyyəti strukturların səfərbər edildiyini diqqətə çatdırıb.