Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
Qeyd olunub ki, nazir Belqraddakı Taşmaydan parkında Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.