Rusiyalı alpinistlər Angela Nikolau və İvan Birkus Nyu-Yorkdakı 443 metr hündürlüyündə olan Empire State binasına quraşdırılmış antenaya dırmaşıblar.
1xeber.media xarici mediaya istinadən xəbər verir ki, cütlük orada sülh və sevgi mesajı yazılmış bir banner açıblar. Daha sonra İvan qadına evlilik təklifi edib.
Qara maskalı, lakin təhlükəsizlik kəmərləri olmayan cütlüklər antenanın dar platformasına çıxaraq orada öpüşüblər. Daha sonra üzərində "Sevginin gücü güc sevgisinə qalib gələndə dünyada sülh hökm sürəcək" yazısı olan bir pankart açıblar.
Lakin bu romantik hərəkət onların həbsinə səbəb olub.
Cütlük 2024-cü ildə "Netflix"də yayımlanan "Skywalkers: A Love Story" sənədli filminin qəhrəmanları olublar.